Təşkilati Təhlükəsizlik

Avropa İttifaqı (Aİ) İranla nüvə sazişini davam etdirməyə çalışacaq."
Bu fikri Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Birləşmiş Millətlər Təşkilati Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
F.Moqerini bildirib ki, bu gün dünyada “haqq güclünün tərəfindədir” qədim konsepsiyasının “qlobal idarəetmə” ideyası ilə əvəz olunması təhlükəsi yaranıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət hadisələrin bu cür inkişafının qarşısını almalıdır. Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, hazırda mövcud olan beynəlxalq təhlükəsizlik sistemi BMT-nin liderliyi və insan haqları prinsipləri əsasında dəyişdirilməlidir. O vurğulayıb: “Problemlərə çoxtərəfli yanaşmanı rədd etmək yolverilməzdir. Yeni silahlanma planeti insanlar üçün təhlükəli yerə çevirəcək. Bizim kollektiv təhlükəsizliyimiz tərksilah zəminində mümkün ola bilər”.
Avropalı diplomat qeyd edib ki, Aİ İranla imzalanmış nüvə sazişini davam etdirməyə səy göstərəcək. Onun bu sözlərini Böyük Britaniyanın BMT yanında missiyasının nümayəndəsi Stiven Hiki də dəstəkləyib. O qeyd edib ki, “Tehran bu sazişin şərtlərinə əməl etdikcə, London onunla əlaqələri davam etdirəcək