Avstraliyanın Melburn şəhərində təcavuz

Avstraliyanın Melburn şəhərində 1996-2001-ci illərdə baş keşiş olduğu vaxtda 13 yaşlı iki oğlan uşağına cinsi təcavüzdə ittiham edilən 77 yaşlı kardinal Georg Pell barəsində məhkəmə hökm çıxarıb.
Televiziya vasitəsi ilə canlı yayımlanan məhkəmə iclası zamanı prokuror Peter Kidd, "zərərçəkənlər sənə etibar edirdi və sən bu etibardan pis niyyətlər üçün istifadə etdin", - deyərək, Pellə 6 il həbs cəzası istəyib.
Katolik dünyasında uşaqlara qarşı cinayətlərə görə ən yüksək çinli şəxs olaraq həbsxanaya göndərilən Pell, 3 il 8 ay sonra əvəz ödəməklə həbsdən çıxamaq üçün müraciət edə biləcək.