Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial şəbəkədəki hesabından verdiyi açıqlamada

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial şəbəkədəki hesabından verdiyi açıqlamada, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğana qarşı sözlərinə etiraz edib.
"Anadolu" agentliyinin məlumatına görə, prezident sözçüsü belə yazıb:
"Netanyahu ərəblər və müsəlmanlar haqqında irqçi bəyanatlar verdikdən sonra özünü ifşa etdiyi üçün prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi aparteid dövləti Fələstin torpaqlarını işğal edir, qadınları və uşaqları öldürür, fələstinliləri öz torpaqlarında məhkum edir. Yalanlar və təzyiq günahlarınızı gizlətməyəcək".