Terror nəticəsində bir suriyalı əsgər həyatını itirib,

Suriya ordusu Həma şəhərində intiharçı terroçuların hücumunun qarşısını alıb.
Bu barədə "RİA Novosti" agentliyi hərbi mənbələrə istinadən yazıb.
Terror nəticəsində bir suriyalı əsgər həyatını itirib, 4-ü isə ağır yaralanıb. Həmçinin məlumatda bir neçə terrorçunun məhv edildiyi bildirilir.
Qeyd edək ki, terrorçular mütəmadi olaraq Həma şəhərini raket və mərmi atəşinə tutur.