Mərkəzi Seçki Şurası

İspaniyada aprelin 28-də keçiriləcək növbədənkənar seçkilərdən əvvəl Mərkəzi Seçki Şurası müstəqillik cəhdləri ilə bağlı ittiham olunan və xaricə qaçan siyasətçilərə dəstək üçün hökumət binalarına bağlanan sarı lentlərin qaldırılmasını Kataloniya muxtar idarəçiliyindən tələb edib. Bunun üçün 48 saat vaxt verilib.
Qeyd edək ki, Kataloniyada mövcud muxtar hökumət istər məhkəməsi gedən, istərsə də qaçaq vəziyyətində olan Katalan siyasətçilərə dəçstək üçün 2017-ci ilin sonundan bu yana simvolik olaraq istifadə etdikləri «sarı lentləri» bütün hökumət binalarına və Kataloniya Parlamntində siyasətçilərin boş qalan kürsülərinə asır.