Yuqoslaviyanın NATO qüvvələri tərəfindən bombalanması təkəbbürün təzahürü olub

Yuqoslaviyanın NATO qüvvələri tərəfindən bombalanması təkəbbürün təzahürü olub. Bu barədə Çex Respublikasının prezidenti Miloş Zeman "CTK" kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Çexiya Yuqoslaviyanın bombalanmasına razılıq verən son ölkə olub.
"Biz həmin vaxt NATO-ya üç həftə olardı ki, üzv qəbul edilmişdik və bu qərara veto qoymağımız qəribə olardı. Çex Respublikasının NATO-da müttəfiq axtarmağı nəticəsiz olmuşdu və yalnız sonradan Yunanıstan bizi dəstəklədi. Bildirmək istəyirəm ki, keçmişdə baş verən bu addımı səhv hesab edirəm",-deyə Miloş Zeman əlavə edib.
Xatırladaq ki, NATO-nun Yuqoslaviya Federal Respublikasına qarşı "Müttəfiq Qüvvələr" adlandırdığı hərbi əməliyyat 24 mart-10 iyun 1999-cu il tarixlərində baş verib. NATO təyyarələrinin bombardmanı zamanı yalnız hərbi obyektlər deyil, Belqrad şəhərinin infrastrukturu məhv edilmişdi. Müxtəlif qiymətləndirmələrə əsasən, mülki əhalinin qurbanı 400-dən çox uşaq olmaqla, bir neçə min nəfər təşkil edib.