Ölkədə iki həftədən çox davam edən etiraz

Əlcəzairin dövlət başçısı Əbdüləziz Buteflika prezident seçkilərinin təxirə salındığını və 5-ci dövr namizədliyini geri götürdüyünü açıqlayıb. Bu barədə BBC məlumat yayıb.
Ölkədə iki həftədən çox davam edən etiraz aksiyalarından sonra Əbdüləziz Buteflikanın namizədliyini geri götürməsi narazı kütlənin qələbəsi kimi qiymətləndirilib.
Əlcəzairdə prezident seçkilərinin 18 apreldə keçirilməsi nəzərdə tutulurdu. Ölkənin Prezident Aparatı açıqlayıb ki, qısa müddət ərzində hökumət reviziyaya gedəcək.