Bərhəm Salehin dəvəti

Həsən Ruhani prezident postunda ilk dəfə İraqa rəsmi səfər edib. İraqlı həmkarı Bərhəm Salehin dəvəti ilə Bağdada gedən Həsən Ruhani 3 günlük rəsmi səfər zamanı İraq prezidenti ilə yanaşı, baş nazir Adil Əbdülmehdi, parlament sədri Məhəmməd əl-Halbusi və ölkənin nüfuzlu mərceyi-təqlid alimi Ayətullah Seyid Əli Sistani ilə görüşlər keçirəcək.
İraqa səfər öncəsi Tehranın "Mehrabad" hava limanında jurnalistlərə açıqlama verən Həsən Ruhani deyib ki, iranlı iş adamları səfər boyu onu müşayiət edəcəklər: "İraqda səhiyyə, ticarət, investisiya, tranzit keçid, turizm və bölgə təhlükəsizliyi ilə bağlı danışıqlar aparılacaq. İran bir çox ehtiyacını İraqdan ödəyə bilər. Tranzit nəqliyyat bizim üçün xüsusi əhəmiyyəti kəsb edir".
Qeyd edək ki, İran prezidenti Bağdada gələrkən Kazimenydə yerləşən müsəlmanların səkkinci imamı Həzrəti Museyi-Kazimin (ə) ziyarətgahında olub.