Ukrayna prezidenti Moldovaya qaça bilər.

Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçkilərində məğlub olarsa, İspaniya və ya Moldovaya qaça bilər.
"RİA Novosti" verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının millət vəkili Sergei Leşenko bildirib.
Onun sözlərinə görə, Poroşenkonn İspaniyada daşınmaz əmlakı, Moldovada isə biznes partnyoru var.
Həmçinin Leşenko onu da qeyd edib ki, Poroşenko korrupsiyaya görə cəzaya layiqdir.