Çin hava yolları

Çin höküməti, Efiopiyada qəzadan sonra "Boeing 737 Max 8" təyyarəsinin istifadəsinə müvəqqəti qadağa qoydu.
"Gazeta.ru" verdiyi məlumata görə, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının saytında yazılıb.
Məlumatda bildirilir ki, bu cür tədbirlər Çin hava yollarının təhlükəsizliyini təmin etmək üçün görülür.
Həmçinin məlumatda qeyd edilir ki, qadağa xüsusi xəbərdarlıqdan sonra ləğv olunacaq.