Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdi olub.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdi olub. Bu iddia ilə İsrailin “Makorrishon” xəbər portalı çıxış edib.
Vəliəhd şahzadə sui-qəsddən son anda qurtula bilib. Bin Salmana qarşı sui-qəsd göstərişini verməkdə şübhəli bilinən Bəndər bin-Salman həbs edilib.
Bəndər bin-Salman vəliəhdin qardaşıdır. İddiaya əsasən, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsədlə 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul verib.