Ermənistan paytaxtı Yerevanda Çarbaxa və Crverja avtoparklarının təxminən 250 avtobus sürücüsü tətilə çıxıb.

Ermənistan paytaxtı Yerevanda Çarbaxa və Crverja avtoparklarının təxminən 250 avtobus sürücüsü tətilə çıxıb.
Bu barədə "Vestnik Kavkaza" portalı yazıb.
Məlumatda bildirilir ki, etiraza səbəb şəhər meriyasının avtobuslarda kameraların quraşdırması barədə qərarı olub.
Həmçinin məlumatda qeyd edilir ki, sürücülərin tətilə çıxması nəticəsində əhali dayanacaqlarda qalaraq iş yerlərinə çata bilməyib.
Qeyd edək ki, Yerevan meriyasının mətbuat katibi Akop Karapetan bildirib ki, yenilik bütün ictimai nəqliyyatı əhatə edəcək.