Çinin "Huawei" şirkəti ABŞ hökumətinə qarşı Texas ştatının Dairə Məhkəməsinə iddia ilə müraciət edib.

Çinin "Huawei" şirkəti ABŞ hökumətinə qarşı Texas ştatının Dairə Məhkəməsinə iddia ilə müraciət edib. Bu barədə AFP məlumat verib.
İddia ərizəsi ABŞ hökumətinin federal hakimiyyət orqanlarına bu şirkətə məxsus avadanlıqlardan istifadəni qadağan edən qərarı ilə bağlıdır.
Qeyd edək ki, ABŞ hakimiyyəti "Huawei" məhsullarının istifadəsinin qadağan edilməsi üçün heç bir əsas təqdim edə bilməyib.