Ən çox vətəndaşlıq alanlar ölkələr arasında Mərakeş, Albaniya, Hindistan, Türkiyə, Rumıniya, Pakistan və Polşa olub.

Avropa İttifaqı ölkələri 2017-ci ildə 825 min miqrantı vətəndaşlıqla təmin edib. Bu barədə Avropa Statistika Ofisi (Eurostat) məlumat yayıb.
Ən çox vətəndaşlıq alanlar ölkələr arasında Mərakeş, Albaniya, Hindistan, Türkiyə, Rumıniya, Pakistan və Polşa olub.
Avropa İttifaqından ayrılma prosesində olan İngiltərə vətəndaşlarının başqa bir AB üzvü ölkədən vətəndaşlıq tələbi isə 2016-cı illə müqayisədə iki dəfədən çox artıb. 2016-cı ildə 6 min 555 ingilis Aİ ölkəsinin vətəndaşlığını aldığı təqdirdə, bu rəqəm 2017-ci ildə 14 min 911-ə yüksəlib.
Türkiyədən 30 min insan xarici vətəndaşlığı qəbul edib. Türklərin 50 faiizi Almaniya, 17,8 faizi Fransa, 9,9 faizi isə Hollandiya vətəndaşı olublar.