Rusiya XİN rəhbəri Serqey Lavrov və Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl –Səud Ər-Riyadda ikitərəfli münasibətləri, Suriya və Yəməndə vəziyyəti müzakirə edib

Rusiya XİN rəhbəri Serqey Lavrov və Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl –Səud Ər-Riyadda ikitərəfli münasibətləri, Suriya və Yəməndə vəziyyəti müzakirə edib. Bu barədə jurnaistlərə RF prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov bəyan edib.
«Kralla ikitərəfli münasibətlərlə bağlı bütün məsələlər müzakirə olunub, Suriya və Yəmən böhranına toxunub. Çox məzmunlu və konstruktiv söhbət oldu», - deyə Boqdanov bildirib.
O, həmçinin vurğulayıb ki, müzakirələr zamanı jurnalist Camal Kaşıkçı (Xaşuqi) mövzusuna toxunulmayıb.