Əfqanıstanın Cəlalabad şəhərində partlayış baş verib.

Əfqanıstanın Cəlalabad şəhərində partlayış baş verib. Bu barədə "TASS" məlumat yayıb.
Hadisə şahidləri deyiblər ki, əvvəlcə bir qrup naməlum şəxs yerli hava limanına soxulub və ardınca atəş açıb. Bundan sonra güclü partlayış qeydə alınıb.
Son məlumata görə, partlayış zamanı 16 nəfər həyatını itirib.