Kəşmir münaqişəsi ilə əlaqədar Pakistan öz səfirini Nyu-Dehliyə göndərib.

Kəşmir münaqişəsi ilə əlaqədar Pakistan öz səfirini Nyu-Dehliyə göndərib. Bu barədə Pakistan XİN-in yaydığı təqdimatda bildirilir.
Xatırladaq ki, Pakistan bundan əvvəl öz səfirini Hindistanın paytaxtından geri çağırmışdı.
İslamabada qarşı Hindistanın hərbi kalonuna hücumla bağlı ittiham irəli sürülmüşdü.
Bundan əvvəl Pakistan hücumda məsul olan terror təşkilatının rəhbərinin qardaşını saxlamışdı.
Xatırladaq ki, fevralın 27-də Pakistan ordusu Hindistana məxsus 2 hərbi təyyarəni vurduğunu bəyan edib. Nyu-Dehlinin versiyasına görə, Hindistan bir vahid MiQ-21-i itirib, bunun yanında o, Pakistan qırıcısını vurub.
Hindistan və Pakistan Nüvə klubunun üzvüdürlər. Beynəlxalq İctimaiyyət regionda qeyri-sabitliklə bağlı narahatlığını bildib və tərəfləri dözümlülüyə çağırıb.
Nyu-Dehli və İslamabad arasında ənənəvi olaraq gərgin münasibətlər var. Ölkələr arasında siyasi, tarixi və terrotorial fikir ayrılığı mövcuddur, xüsusən də Kaşmir barədə. Bu mübahisəli ərazidə müstəqillik, yaxud Pakistana birləşmək istəyən separatistlər fəaliyyət göstərir. Nyu–Dehli Pakistan hökumətini silahlı separatistləri dəstəkləməkdə ittiham edir, İslamabad isə ittihamları rədd edir.
Böhran fevralın 14-də Hindistanın hərbi polis kalonunun yaxınlığında intiharçının özünü partlatması ilə daha da dərinləşdi. Həmin vaxt 45 nəfər həlak olmuşdu. Terrorda məsuliyyəti «Ceyş-e Muhəmməd» qruplaşması öz üzərinə götürüb.
Fevralın 26-da Hindistan HHQ təyyarələri Kaşmirin Pakistan hissəsində «Ceyş-e Muhəmməd» düşərgəsinə aviazərbələr endirdilər. Hava rekydi zamanı bir sıra yaraqlılar zərərsizləşdirilmiş, onlara məxsus nəqliyyat, silah və döyüş sursatları tamamilə məhv edilmişdi.
Hindistan XİN nümayəndəsi qruplaşmanın yeni-yeni hücumlar planlaşdırdığını deyərək, bunun tamamilə vacib olduğunu bildirmişdi.