Açıq Cəmiyyət

"Açıq Cəmiyyət - Ermənistan" Fondu keçən ilin yazında baş verən Ermənistandakı "məxməri inqilabı" dəstəkləyib və dəstəkləyəcəkdir. Bu bəynatla fondun icraçı direktoru Larisa Minasyan martın 5-də Yerevan şəhərində mətbuat konfransında çıxış edib.
O, daha sonra Ermənistanda bəzi siyasi proseslərin arxasında amerikalı milyarder Corc Sorosun olmasını inkar edib. Minasyanın fikrincə, Sorosun fondu Ermənistanda yalnız "demokratiyanın təşviqi" ilə məşğul olur və missiyasını davam etdirir.