Artıq 800 ümrəçinin Rəfah sərhəddini keçərək aerpoporta doğru yollandığı bildirilir.

Misir 4 ildən sonra ilk dəfə Rəfah sərhəd qapısını açıb. Bu barədə Qəzza DİN xəbər yayıb. Bildirilir ki, Qəzza zolağı sərhəddindəki qapı ümrə ziyarətçiləri üçün açılıb.
Bundan başqa hər biri 266 sərnişin daşıyan təyyarələrin Qahirə Hava limanın ziyarətçiləri gözlədiyi bildirilib.
Artıq 800 ümrəçinin Rəfah sərhəddini keçərək aerpoporta doğru yollandığı bildirilir.
Qeyd edək ki, Misir Sinay yarımadasında təhlükəsizlik səbəblərini önə sürərək 2014-cü ildən bəri qəzzallılara ümrəyə getmələri üçün Rəfah sərhəd qapısından keçmə izni vermirdi.