Çin raketləri Rusiya üçün təhlükəlidir

Çin raketləri Rusiya üçün təhlükəlidir, ona görə, rəsmi Pekini Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləyə qatmaq lazımdır.
Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Layen deyib.
"Rusiya Çini Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləyə qatmalıdır, çünki Rusiya raketləri Avropa üçün təhlükəli olduğu kimi Çin raketləri də Rusiya üçün təhlükəlidir", - deyə o, vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Berlində Rusiya, ABŞ və Avropa Birliyini Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilə məsələsi ətrafında fəal dialoqa çağırıb.