Qazaxıstan prezidenti Nursultan Nazarbayev bundan əvvəl hökumətə rəhbərlik edən Bakıtjan Saqintayevi ölkənin dövlət katibi təyin edib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bundan əvvəl hökumətə rəhbərlik edən Bakıtjan Saqintayevi ölkənin dövlət katibi təyin edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
"Bakıtjan Saqintayev Qazaxıstan Respublikasının dövlət katibi vəzifəsinə təyin olunub",-deyə məlumatda qeyd edilir.
Nazarbayev fevralın 25-də yeni hökumət formalaşdırmaq üçün bir sıra sərəncamlar imzalayıb. O, 21 fevralda Qazaxıstan hökumətini istefaya göndərib və Asqar Mamini yeni baş nazir təyin edib.