Belarus prezidenti Aleksandr Lukaşenko erkən prezident seçkilərini keçirmək niyyətində olmadığını söylədi

Belarus prezidenti Aleksandr Lukaşenko erkən prezident seçkilərini keçirmək niyyətində olmadığını söylədi.
Bu barədə o, ictimaiyyət nümayəndələri və mətbuat nümayəndələri ilə görüşdə bildirib.
"Seçkilər qanunla və lazimi zamanda keçiriləcək. Mən heç vaxt hakimiyyətə girmək üçün ictimai rəy ilə manipulyasiya etməyəcəm. Mən hakimiyyətdən doydum", - deyə Lukaşenko vurğulayıb.