Birləşmiş Ştatlar "Əl-Qaidə" terror qruplaşmasının banisi Üsamə bin Ladenin oğlu Həmzə bin Laden haqda məlumata görə bir milyon dollara qədər mükafat təyin edib.

Birləşmiş Ştatlar "Əl-Qaidə" terror qruplaşmasının banisi Üsamə bin Ladenin oğlu Həmzə bin Laden haqda məlumata görə bir milyon dollara qədər mükafat təyin edib. Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Departamentin məlumatında deyilir ki, Həmzə bin Laden Mərkəzi Asiyanın cənubu və Pakistan-Əfqanıstan sərhədindəki rayonlarda gizlənə bilər.
"Güman edirik ki, o, terrorçuların yeni lideri olacaq",-deyə Dövlət Departamentinin məlumatına deyilir.
Qeyd edək ki, ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Pakistanda öldürülən Üsamə bin Laden rəsmi Vaşinqtonun işğalçı siyasətində mühüm rol oynayıb. Məhz bin Laden faktoru ABŞ-ın İraq və Əfqanıstana soxulmasına zəmin yaratmışdı. Bin Ladendən sonra yaradılan Əbubəkr əl-Bağdadi kartının istifadə müddətinin sona çatması yeni liderin yaradılmasını zəruri edib.