Hindistan Pakistanla gərginlikdən sonra dünən bağladığı hava limanlarında uçuşları yenidən bərpa edib.

Hindistan Pakistanla gərginlikdən sonra dünən bağladığı hava limanlarında uçuşları yenidən bərpa edib. Bu barədə "The Hindu" qəzeti yazıb.
Hindistan Mülki Aviasiya Şirkəti açıqlayıb ki, vətəndaşlar üçün bağlanan 9 hava limanı fəaliyyətini bərpa edib.
Qeyd edək ki, dünən, Srinaqar, Cammu, Leh, Pathankot, Amritsar, Şimla, Kanqra, Kullu Manali və Pithoraqarh aeroportlarının bağlanılması açıqlanmışdı.
Ölkələr arasındaki gərginliyə səbəb isə Pakistan ərazisinə daxil olan iki döyüş təyyarəsinin vurulması, Pakistan ordusunun da "F-16"sının Hindistan ərazisində vurulması olmuşdu