ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Vyetnamda baş tutan zirvə toplantısında heç bir razılaşma əldə olunmayıb.

ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Vyetnamda baş tutan zirvə toplantısında heç bir razılaşma əldə olunmayıb. "RT" bildirir ki, bu açıqlama ilə Ağ Ev çıxış edib.
Qeyd edək ki, Donald Trampla və Kim Çen In arasında Xanoydakı görüşdə heç bir razılaşma əldə olunmayıb. Onların görüşü yarıdan kəsilib və hər iki lider imzalanma mərasimi keçirmədən görüşü tərk ediblər.
"Hazırki görüşdə razılaşma əldə olunmayıb, lakin tərəflər gələcək görüşü səbirsizliklə gözləyirlər",-deyə Ağ Evin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.