Rusiya XİN-nin dedikləri səhvdir.

Moskva və Ankaranın kürdlərdən hansını terrorçu hesab etmə barədə razılığa gəlmədiyi barədə Rusiya XİN-nin dedikləri səhvdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə NTV telekanalın müsahibəsində bəyan edib.
Türkiyə prezidenti vurğulayıb ki, onun hökumətində illərlə, kürd qardaşları işləyib.
Xatırladaq ki, bundan əvvəl Lavrov bəyan etmişdi ki, kürd probleminə Ankaranın xüsusi yanaşması var, lakin «buğdanı samandan ayırmaq lazımdır».