Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhhəməd bin Salman Asiya turu çərçivəsində Pakistandan sonra Hindistana səfər edib.

Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhhəməd bin Salman Asiya turu çərçivəsində Pakistandan sonra Hindistana səfər edib. Səudiyyənin vəliəhd şahzadəsinin təyyarəsi Hindistana enərkən ölkənin baş naziri Narendra Modi onu hava limanında qarılayıb.
Protokolu pozaraq səudiyyəli qonağı şəxsən qarşılayan baş nazirin görüşərkən ona sarılması isə dünya ictimaiyyətində böyük marağa səbəb olub.
Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Raveş Kumar, protokolun pozulması ilə bağlı fotonu Twitter aəhifəsində paylaşıb və İki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə kimi qiymətləndirib.
Qeyd edək ki, Hindistan hökumət rəhbərinin protokolu pozaraq Səudiyyə şahzadəsinə sarılmasına səbəb kimi Məhəmməd Bin Salmanın ölkəyə 100 milyard dollar investisiya yatırmaqla bağlı açıqlaması olub.