Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr 18,5 milyon dollar dövlət büdcəsinə köçürüb.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr 18,5 milyon dollar dövlət büdcəsinə köçürüb. Məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan "Sputnik"ə açıqlamasında təsdiqləyib.
Aleksandr Sarkisyan Ermənistan parlamentinin keçmiş üzvü və böyük sahibkardır. Onun evində 2018-ci ilin iyulunda axtarış aparılıb. A.Sarkisyan yerli polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Onun oğlu Narek Sarkisyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən qanunsuz olaraq silah və narkotik maddələr saxladığı üçün Praqada həbs edilib