ABŞ Suriyanın şimalında dövlət qurmağa çalışır

ABŞ Suriyanın şimal-şərqində kvazi-dövlət (xəyali, qeyri-qanuni-red.) yaratmaq istəyir. Bu barədə Rusiya XİN rəhbəri Serqey Lavrov bəyan edib.
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın XİN rəhbəri Miroslav Layçakla görüşündən sonra mətbuat konfransında çıxış edən Lavrov Suriyadakı vəziyyətin Vaşinqtonun fəaliyytəi nəticəsində gərginləşdiyini vurğulayıb.
«Birləşmiş Ştatlar terrorla mübarizə bəhanəsi ilə və əsasən kürd strukturları özünə müttəfiq götürməklə, işidçilərə qarşı bir sıra hərbi fəaliyyətlərlə yanaşı əslində Fəratın şərq sahilində kvazi dövlət yaradırlar».