Səudiyyə Ərəbistanının Kral Məhkəməsi Məkkə şəhərinin əmiri, şahzadə Abdulla bin Feysəl bin Turki bin Əbdül Əzizin ölüm xəbərini təsdiqləyib

Səudiyyə Ərəbistanının Kral Məhkəməsi Məkkə şəhərinin əmiri, şahzadə Abdulla bin Feysəl bin Turki bin Əbdül Əzizin ölüm xəbərini təsdiqləyib. Bu barədə "əl-Sumaria" telekanalı məlumat yayıb.
Səudiyyə rəhəbrliyi 63 yaşlı şahzaədnin hansı səbəbdən ölməsini açıqlamayıb.
Sosial şəbəkə istifadəçiləri məlumat verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın əsas rəqiblərindən olan Abdulla bin Feysəl bin Turki evində baş verən yanğın zamanı həyatını itirib.
Qeyd edək ki, bin Salman ölkədə aparılan anti korrupsiya əməliyyatları çərçivəsində ən nüfuzlu şahzadələri həbs etdirərək onların külli miqdarda pullarını aldıqdan sonra sərbəst buraxdırmışdı. Həbs olunanlar arasında Abdulla bin Feysəl bin Turki bin Əbdül Əziz də var idi. Buna qədər bir neçə müəmmalı şəkildə ölən şahzadələrin siyahısına sonuncunun da əlavə edilməsi Məhəmməd bin Salmanın öz rəqiblərini aradan götürməsi ehtimalını ortaya qoyub.