Tunisin devrilmiş prezidenti Zeynəl Abidin bin Əli və ailəsinə məxsus 450 milyon dollar müsadirə olunub.

Tunisin devrilmiş prezidenti Zeynəl Abidin bin Əli və ailəsinə məxsus 450 milyon dollar müsadirə olunub. Bu barədə ictimaiyyətə ölkənin maliyyə naziri Rza Şəlgum məlumat verib.
Nazir parlamentdə keçirilən sessiyada çıxışı zamanı deyib ki, sabiq prezident və ailəsinə məxsus nağd pul, bank hesabı və daşınmaz əmlakdan ibarət cəmi 450 milyon dollara müsadiə edilib.
O, əlavə edib ki, müsadirə edilən 420 milyon dollar büdcəyə daxil olunub.
Tunisdə baş verən dövlət çevrilişindən sonra Milli Müsadirə Komissiyası 2012-2018-ci illər arasında 630 daşınmaz əmlak, 20 ticarət müəssisəsi, 242 maliyyə hesabı, 211 maşın, 139 silah, mebel və qiymətli əşyalar ələ keçirib.