Almaniyada təşkil olunan Münhen Təhlükəsizlik Konfransı Avropa ölkələri və ABŞ arasında artan parçalanmanı ortaya qoyub.

Almaniyada təşkil olunan Münhen Təhlükəsizlik Konfransı Avropa ölkələri və ABŞ arasında artan parçalanmanı ortaya qoyub. Bu iddia ilə "Le Monde" nəşrinin jurnalistləri Silvi Kaufman və Tomas Vider çıxış ediblər.
Məqalədə müəlliflər qeyd ediblər ki, qapalı görüşlərin keçirilməsi heyətlər arasında əlaqələrin pozulması və bir sıra əsas məsələlərdə fikir ayrılıqlarının olmasını sübut edir. Avropa ölkələri ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasına etiraz edib və yenidən bu məsələni gündəmə gətirib.
Qərb ölkələri və ABŞ arasında fikir ayrılığı Birləşmiş Ştatların orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması, Rusiya qazının Avropaya nəqli, Suriya və Venesuela məsələlərində mövcuddur.