Ermənistanın ikinci prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka "çirkli pullar"ın yuyulması və vergidən yayınmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka "çirkli pullar"ın yuyulması və vergidən yayınmaqla bağlı rəsmi ittiham irəli sürülüb.Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Həbsimlə bağlı məlumat həqiqətə uyğun deyil. İttiham isə, bəli - irəli sürülüb. Təhlükəsizlik İdarəsi pulların yuyulması, hansısa uydurulmuş iş üzrə ittiham irəli sürüb. Və mən, guya vergi ödəməkdən yayınmışam",-deyə Sedrak Köçəryan vurğulayıb.
Qeyd edək ki, şübhəli şəxs qismində S.Köçəryana başqa yerə getməmək haqqında iltizam seçilib.