20 milyard dollarlıq müqavilə

Səudiyyə Ərəbistanı və Pakistan neft-kimya, enerji və mədənçilik sahələrində 20 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Pakistana iki günlük rəsmi səfər edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan baş naziri İmran Xanın iştirakı ilə imza mərasimi keçirilib.
Mərasimdə çıxış edən şahzadə Məhəmməd bin Salman qeyd edib ki, vəliəhd olduğu 2017-ci ildən bu yana ilk dəfə Pakistana rəsmi səfər edir və Səudiyyənin uatıracağı investisiyalar iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək.
Xan isə turizm və neft-kimya sahəsində daha çox əməkdaşlığa açıq olduqlarını vurğulayaraq, pakistanlı hacıların Səudiyyə Ərəbistanına səfərləri və viza prosedurlarının asanlaşdırılmasını, Səudiyyə həbsxanalarında olan 3 mindən artıq Pakistan vətəndaşının azadlığa buraxılmasını tələb edib.