İstisna deyil ki,

Amerikalı milyarder, Nyu-Yorkun sabiq meri (2002-2013-cü illərdə), "Bloomberg" şirkətinin yaradıcısı Maykl Blumberq 2020-ci ildə keçiriləcək prezident seçkiləri zamanı Donald Trampın əleyhinə 500 milyon dollar xərcləmək fikrindədir. Bu barədə Amerikada dərc olunan "Politico" nəşri yazıb.
İstisna deyil ki, Demokratlar Partiyası növbəti prezident seçkiləri zamanı 77 yaşlı oliqarx Maykl Blumberqi daşınmaz əmlak maqnatı Donald Trampın qarşısına çıxaracaq. Nyu-Yorkun sabiq meri hələlik namizəd olması ilə bağlı yekun qərarı verməsə də, Trampın əleyhinə aparılacaq kampaniyaya yarım milyard dollar xərcələmə hazırdır.
2018-cu ilin sonuna olan məlumata görə, Maykl Blumberqin sərvəti 52 mlrd. dollar təşkil edib.