Türkiyənin İstanbul şəhərindəki Kartal rayonunda çökən binaya görə 3 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərindəki Kartal rayonunda çökən binaya görə 3 nəfər saxlanılıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Yeşilyurt Apartman" layihəsini hazırlayan Suzan Çayır, tikintinin texniki memarı Uğur Mısırlıoğlu və tikintinin sağlamlıq qaydalarına uyğun olmasına nəzarət edən məsul şəxsi Arzu Kelleş Boran məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, bu günə kimi dağıntılar altından 21 nəfərin cəsədi çıxarılıb.