Yaponiyada aparılan sorğu

Yaponiyada aparılan sorğu ABŞ-ı təhdid kimi görənlərin sayında böyük artım olduğunu ortaya qoyub. Bu barədə "Japan Times" məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatları təhdid kimi görən vətəndaşların sayı son illərdə 17 faiz artaraq 66 faizə çatıb.
Qeyd edək ki, Yaponiyada əhali Çini də təhdid kimi qəbul edir. Yaponlar ABŞ-la müqayisədə Çindən (69%) cüzi fərqlə çox ehtiyat edirlər.
Mərkəzi Vaşinqtonda yerləşən "Pew Research Center"in apardığı sorğu Birləşmiş Ştatların ənənəvi müttəfiqlərinin son illərdə onu təhdid kimi görməyə başladığını aşkar edib.
Araşdırmaya əsasən, Almaniyada ABŞ-ı təhdid kimi görənlərin sayı 30 faiz artıb, Fransada 29 faiz, Braziliya və Meksikada isə 26 faiz artım qeydə alınıb.