Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdən məhrum olacaq.

Çili lideri Sebastyan Pinera bəyan edib ki, tezliklə Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdən məhrum olacaq. Bu barədə o, Twitter səhifəsində yazıb.
"Maduronun hakimiyyətinə sayılı günlər qalıb. Venesuela xalqı cəsarət və sevinclə azadlıq və demokratiyaya gedən yolun qarşısını açıb. Dünyada bütün demokratlar bu sevinci bölüşürlər",-deyə Çili prezidenti qeyd edib.
Məlumat üçün bildirək ki, Venesuelanın qanuni prezidenti olan Nikolas Maduro ABŞ və onun müttəfiqlərinin təzyiqi ilə dövlət çevrilişi ilə üz-üzədir. Milli Assambleyanın sədri olan Xuan Quaido özünü prezident elan edərək Maduroya qarşı çıxıb.