IRAN yeni silahını göstərib

İran min kilometr mənzilli "yer-yer" sinifli tipli yeni "Dizful" ballistik raketini təqdim edib. Milliqazet.info-nun verdiyi məlumata görə, bu barədə "Fars News" agentliyi xəbər yayıb.
Bildirilir ki, təqdimat İslam İnqilabı Keşikçiləri Korpusu Qüvvələrinin yeraltı hərbi aerozavodda Baş Komandan Muhəmməd Əli Cəfərinin iştirakı ilə baş tutub.
General bildirib ki, İslam İnqilabı qələbəsinin 40-cı ildönümü münasibəti ilə nümayiş olunan "Dezful" "Biz bunu edə bilərik" şüarını bütün dünyaya çatdırır.
Qeyd edək ki, Fars News Instagram hesabından İranın yeraltı raket zavodunun ilk görüntülərini paylaşıb.