Maliyyə naziri Berat Albayrak bəyan edib
Məhz Rusiya Suriyada siyasi proseslərin aktivləşməsini və dinc sakinlərin qırılmasının qarşısını alıb. Milliqazet.info NTV-yə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyənin Maliyyə naziri Berat Albayrak TC gənclərinin nümayəndələri ilə görüşdə bəyan edib.
«Bütün dünya susanda məhz Rusiya, xüsusən Astana prosesi başlayandan sonra Suriyada siyasi yollarla dinc sakinlərin ölməsinin qarşısını alan ölkə oldu», - deyə o vurğulayıb.










