Venesuela lideri Nikolas Maduro ABŞ prezidenti Donald Trampın Venesuelaya qoşun göndərməyə hazır olmaları ilə bağlı bəyanatını "dəlilik" adlandırıb.

Venesuela lideri Nikolas Maduro ABŞ prezidenti Donald Trampın Venesuelaya qoşun göndərməyə hazır olmaları ilə bağlı bəyanatını "dəlilik" adlandırıb.Bu barədə "RİA Novosti" məlumat yayıb.
Maduronun sözlərinə görə, XXI əsrdə müharibə haqqında danışmaq dəlilikdir: "Cənab Donald Tramp, özünü müdafiə edəcək bu torpağa əsgər göndərə bilməyiniz ağılsızlıqdır".
O həmçinin qeyd edib ki, beynəlxalq qanun bu cür tədbirləri qadağan edir. Maduro əlavə edib ki, Amerika prezidentinin bəyanatı qeyri-qanuni və cinayətdir.