İtaliya Venesuela Milli Məclisinin sədri Xuan Guaidonun ölkənin müvəqqəti prezidenti olaraq tanınması ilə əlaqədar Avropa İttifaqının bəyanatını blok edib.

İtaliya Venesuela Milli Məclisinin sədri Xuan Guaidonun ölkənin müvəqqəti prezidenti olaraq tanınması ilə əlaqədar Avropa İttifaqının bəyanatını blok edib bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
"İtaliya 31 yanvar - 1 fevral tarixlərində Buxarestdə Avropa Birliyinə üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri rəsmi görüşündə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini tərəfindən səsləndiriləcək bəyanata veto qoyub",-deyə agentliyin məlumatına qeyd olunur.
Bloklanan sənəddə bildirilir ki, Avropa Birliyi yeni prezident seçkiləri keçirilməyəcəyi təqdirdə Guadionun prezidentliyini tanıyacaq.
Qeyd edək ki, Venesuela ilə bağlı beynəlxalq əlaqə qrupunun ilk nazirlər toplantısı 7 fevralda Montevidoda keçiriləcək.