Amerikalı iş adamı Corc Soros Ermənistandakı mövcud mühitə münasibət bildirib

Amerikalı iş adamı Corc Soros Ermənistandakı mövcud mühitə münasibət bildirib. O bu barədə "Açıq Cəmiyyət" (Open Society Foundations) Fondunun yaradıcısı öz Twitter səhifəsində yazıb.
"Ölkənin demokratik gələcəyi və inkişafı üçün Ermənistanda vətəndaş cəmiyyətinin dəstəklənməsi gərəkdir",-deyə Soros qeyd edib.
Amerikalı milyarder sosial şəbəkədə həmçinin "ABŞ Ermənistanda gənc demokratiyanı necə dəstəkləməyə bilər" başlıqlı məqalə də paylaşıb. Məqalədə Ermənistanda "məxməri inqilab"dan sonra ölkənin gələcək inkişaf imkanlarından danışılır.
Qeyd edək ki, Sorosun Ermənistandakı mühitlə bağlı paylaşım etməsi və onun Paşinyanı dəstəkləməsi Ermənistandakı inqilabın əsas dəstəkçisi olduğunu ortaya qoyub.