Amerika ölkəsiylə bağlı səsvermə keçirilib

Avropa Parlamenti (AP) Venesuelada özünü "müvəqqəti prezident" elan etmiş, müxalifət lideri Xuan Guaidonu tanıyıb. AP-nin Brüsseldəki "Venesuelada vəziyyət" adlı sessiyasında Latın Amerika ölkəsiylə bağlı səsvermə keçirilib.
Səsvermə zamanı "Guaidonu Venesuela Konstitusiyasının 233-cü maddəsi əsasında müvəqqəti dövlət başçısı kimi tanıyan" layihəsinə 439 deputat leyhinə, 109-u isə əleyhinə səs verib.
Qeyd edək ki, əksəriyyəti müxalifətin əlindəki Milli Məclisin sədri Xuan Guaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra ABŞ başda olmaqla, Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta-rika və Qvatemala kimi ölkələr müxalifət liderini dəstəkləyib.
Meksika, Türkiyə, İran, Rusiya, Kuba, Çin və Boliviya isə Venesuelanın qanuni prezidenti Nikolas Maduro hökumətinə dəstək olub.