Maduronun çıxışı onun Twitter səhifəsində yayımlanıb

Venesuela prezidenti Nikolas Maduro milli dialoqa başlamaq üçün müxalifət liderlərini cəsarətli olmağa çağırıb. Maduronun çıxışı onun Twitter səhifəsində yayımlanıb.
"Mən Venesuela müxalifətini obyektiv, təmkinli və doğru olmağa çağırır, liderlərini cəsrətli olmağa səsləyirəm. Artıq milli dialoqun vaxtı çatıb",-deyə Venesuela lideri vurğulayıb.
Nikolas Maduro çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampa da ingiliscə müaricət edib və ondan əllərini Venesueladan çəkməyi istəyib: "Tramp, Venesuelada baş verə biləcək istənilən zorakılığa görə məsuliyyət sizin üzərinizdədir".