Serco Mattarella pensiya islahatları ilə bağlı fərman imzalayıb

İtaliya prezidenti Serco Mattarella pensiya islahatları ilə bağlı fərman imzalayıb.
Məlumatda bildirilir ki, söhbət yeni "kvota 100" qaydasından gedir.
Belə ki, hər hansı bir vətəndaşın yaşı və əmək stajı üst-üstə gələrək 100 edərsə o, pensiyaya çıxmaq hüququnu qazanır. Məsələn, bu qayda ilə 38 il işləyən 62 yaşlı şəxs pensiyaya çıxa bilər.
Qeyd edək ki, bundan əvvəl İtaliya ilə Avropa Birliyi büdcəni razılaşdırıblar.