Futbolçudan Maduroya dəstək

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək çıxıb. Maradona müraciətində Maduronu ölkənin qanuni və seçilmiş prezidenti kimi qəbul etdiyini vurğulayıb.
"Bu gün heç olmadığı qədər dövlət başçısı Nikolas Maduronun yanındayıq. Venesuelanı xalqın seçdiyi prezident idarə edəcək",-deyə argentinalı futbolçu vurğulayıb.
Buna qədər Maradona 2017-ci ildə çıxışı zamanı, "Maduro imperializmə qarşı döyüşməyimi istəsə, Venesuela üçün əsgər paltarı geyinməyə hazıram. Yaşasın Çaves, yaşasın Maduro, yaşasın inqilab" ifadələrini işlətmişdi.