Rusiyada narkotik labaratoriyası aşkarlanıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada sintetik psixotrop məhsulların istehsalı və bitki mənşəli narkotiklərin becərdilməsi ilə məşğul olan dəstə yaxalayıb. Bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Axtarış zamanı saxlanılan şəxslərdən 21 kiloqram narkotik vasitə və 16,5 kiloqramdan artıq marixuana və 65 litr narkotik maye götürülüb.