DƏHŞƏTLİ qasırğa

Türkiyənin Antalya şəhərini vuran qasırğadan yeni görüntülər ortaya çıxıb. Kadrlarda qasırğanın ağacları necə yıxdığı əks olunub.
Qeyd edək ki, dünən Türkiyənin Antalya şəhərində yaranan xortuma görə 13 yaşlı uşaq həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bundan başqa evlərin damı uçub, ağaclar devrilib.
Bundan başqa gənc qız itkin düşüb. Bildirilir ki, anası ilə olduğu avtomobil dərəyə düşdükdən sonra qızı tapmaq olmayıb. Anası isə xəstəxanaya yerləşdirilib.