Karakasda silahlı qarşıdurmalar başlayıb

Venesuela paytaxtı Karakasda silahlı qarşıdurmalar başlayıb.
Məlumatda bildirilir ki, şəhərin müxtəlif yerlərində güclü partlayış səsləri gəlir.
Həmçinin məlumatda qeyd edilir ki, ən güclü toqquşmalar Karakasın Petare rayonunda baş verir. Orada qumbara səsləri eşidilir.
Qeyd edək ki, Venesuelada hökumət əleyhinə aksiyalar zamanı həlak olanların sayı 16-a çatıb. Nümayişçilər Portuqesa, Barinas, Taçira, Karakas, Amasonas və Bolivar ştatlarında həlak olub.